İsveçrə və Almaniyaya səfərindən

İsveçrə
İsveçrə dünyada heç bir ölkədə oxşarı olmayan unikal idarəetmə quruluşuna malikdir. İqtisadi, sosial və mədəni cəhətdən yüksək inkişaf səviyyəsinə malik bu ölkə ilə Azərbaycanın çox yaxşı iqtisadi və siyasi əlaqələri var. Təsadüfi deyiı ki, Azərbaycanın qeyri-neft sektoruna 80-dən artıq İsveçrə şirkəti sərmayə qoymuşdur. Sənayenin, aqrar məhsullar emalının yüksək texnologiyalarına malik bu ölkə ilə əlaqələrin intensivləşdirilməsi ölkəmizin də qeyri-neft sektorunun texnoloji inkişafına səbəb olacaqdır.
İsveçrədən öyrəniləsi çox şey var. Ən əsası burda yüksək inkişaf etmiş peşə təhslinin mövcudluğu. Dünyanın əksər ölkəsi məhz bu təcrübənin İsveçrədən öyrənilməsini vacib sayırlar. İqtisadiyyat ilə təhsilin ən ideal inteqrasiyası məhz burda həyata keçirilib. İlk fikirlərimizdən biri Azərbaycanda qeyri-neft sektorunun inkişag potensialının yüksək olduğu Sumqayıt şəhərində İsveçrə təcrübəsi əsasında, İsveçrə peşə məktəblərini cəlb etməklə yeni peşə məktləblərinin açılmasına nail oımaqdır. Sevindirici haldır ki, Təhsil Nazirliyinin də bu istiqamətdə xüsysi planları mövcuddur.
Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupu iiki ölkə arasında səmimi dostluq münasibətlərinin formalaşmasında mühüm rol oynamaqdadır. İsveçrə parlamentində cəmi 18 ölkə ilə dostluq qrupu yaradılmışdır ki, bunun da biri Azərbaycandır. Azərbaycan parlamentində yaradılmış dostluq qrupu üzvlərinin sayına görə ikinci böyük dostluq qrupudur. İsveçrədəki dostlu qrupunun üzvlərinin səmimi və dostcasına Azərbaycana aid məsələlərə yanaşmaları bizim üçün mühüm əhəmiyyət kəsb edir.
İsveçrədə dövlət rəsmiləri ilə görüşlərdə sübut olundu ki, artıq bütün dünya Azərbaycana qarşı törədilən ədalətsizlikləri görür, bir an öncə ölkəmizin bu ədalətsizliklərdən qurtuması planlarını anlayışla qəbul edirlər. Bu bizim diplomatiyamızın uğurudur. Bu ölkə Prezidentinin ardıcıl siyasətinin nəticələridir.
Görüşlərdən belə bir mühüm qənaətə gəlmək olar ki, Aropa ölkələrinin Azərbaycana çox böyük marağı var və artıq onlar da arzu edirlər ki, Azərbaycanın Dağlıq Qarabağ problemi həll olsun, Azərbaycan rahat nəfəs alsın və yalnız inkişaf etsin.