ASAN xidmət ATƏT PA-da “yaxşı idarəetmə” modeli kimi göstərilib

Makedoniya, Skopye

 “İnkluziv iqtisadi artım bütün dünya ölkələri qarşısında əsas çağırışlardan birinə çevrilməkdədir. Yalnız inklusiv iqtisadi inkişaf insanlar arasında gəlirlərin ədalətli bölgüsünü təmin edə bilir”.

Xeberler.az-ın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən “ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi” toplantısında Milli Məclisin depuatatı, ATƏT PA-nın üzvü Tahir Mirkişili çıxışı zamanı deyib.

Deputat həmçinin bildirib ki, iqtisadi inkişafa nail olmaqda dövlət idarəetməsinin mühüm rolu var.

““Yaxşı idaraetmə” və optimal tənzimləmə iqtisadi inkişafı hər zaman təşviq edir. “Bəs yaxşı idarəetmə deyəndə nə anlaşılır? Yaxşı idaraetmənin ən effektiv üsullarından biri elektron idarəetmənin inkişaf etdirilməsidir. Hesablamalara görə, e-xidmətlərin inkişafı ÜDM-in 2%-ə qədər artımına gətirib çıxardır” – deyən Tahir Mirkişili iştirakçılara Azərbaycanda görülən işlərdən bəhs edib.

Millət vəkili Azərbaycanda çoxfunksiyalı ASAN xidmət mərkəzlərin yaradılmasını, insanlara elektron resurslardan istifadə edərək qısa zaman kəsiyində xidmət göstərilməsini, Ailə Biznesinin inkişafı üçün ABAD mərkəzlərin yaradılmağa başladığını “Yaxşı idarəetmə”nin bariz nümunəsi kimi göstərib:

“Biz ATƏT PA-nı bütün ATƏT regionunda elektron hökumətin inkişaf etdirilməsini təşviq etməyə çağırır və elektron idarəetmənin yayılmasının iqtisadi inkişafa və demokratik dəyərlərin inkişafına gətirib çıxaracağına inanırıq”.

Mənbə: http://xeberler.az