Deputat ATƏT PA-nın sessiyasında Ermənistanı ifşa etdi

Makedoniya, Skopye

“Biz Ermənistanın bir dövlət kimi uğursuzluğa düçar olduğunu müşahidə edirik”.

Modern.az-ın xәbәrinә görә, bunu ATƏT Parlament Assambleyasının  Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən 1-ci sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili çıxışı zamanı deyib.

O bildirib ki, öz qonşularına qarşı işğalçı siyasət yürüdən, onlara əsassız olara ərazi iddiasında bulunan bir dövlət inkişaf edə bilməz və uğursuzluğa məhkumdur.

Deputat həmçinin beynəlxalq təşkilatların, xüsusilə də Azərbaycan ərazilərindən Ermənistanın işğalçı qoşunlarının çıxarılmasını özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını bir daha iştirakçıların diqqətinə çatdırıb.