Azərkimya İB-nin təşəbbüsü ilə şəhid kimyaçıların xatirəsinə ucaldılan abidə

Bakı

Tarixən Qarabağ mahalının, daha sonra Zəngəzur mahalının bir hissəsi olan Qubadlı rayonu, Həkəri-Bərgüşad mədəniyyəti bu gün işğal altındadır. O faciəli gündən 23 il ötdü. Heç bir mədəniyyəti olmayan vəhşi işğalçılar bu qədim Azərbaycan mədəniyyətinin daşıyıcılarından biri olan o torpaqları çirkli ambisiyalarının qurbanına çeviriblər.

Bu ilin möhtəşəm aprel döyüşlərində düşmən Azərbaycan əsgərinin qürurlu gücünü öz üzərlərində hiss etdi. Ali baş komandanın iradəsi ilə güclənən Azərbaycan ordusu düşməni istənilən ərazidə məhv etmək gücünü göstərdi.

Tezliklə bütün işğal altındakı torpaqlarımız azad edilərək əsl sahiblərinin ixtiyarına veriləcək!

Bu gün Azərkimya İB-nin təşəbbüsü ilə şəhid kimyaçıların xatirəsinə ucaldılan abidə qəhrəmanların daim qəlblərdə yaşadığını göstərdi. Qəhrəmanları olan xalq isə heç vaxt məğlub olmaz!