“Fikirlərindəki məntiqsizlik müxalifəti mitinq keçirməyə təhrik edir” AÇIQLAMA

Bakı, SİA

“Konstitusiya ölkənin ən ali qanunu olmaqla yanaşı, cəmiyyətin inkişaf hədəflərini də müəyyən edir. Bu baxımdan son 20 ildə sürətli inkişaf yolu keçən, hal-hazırda isə dərin islahatlar yoluna qədəm qoyan ölkəmizdə bu əsas sənədə müvafiq dəyişikliklərin edilməsi labüddür və həyati əhəmiyyət kəsb edir”. Bunu SİA-ya deputat Tahir Mirkişili deyib.

Deputatın sözlərinə görə, islahatların getdiyi bir zamanda, qonşu ölkələrdə sürətli qeyri-sabit proseslərin getdiyi bir zamanda Azərbaycanda dövlət idarəetməsinin daha fa güclənməsi, vətəndaşların mənafelərinin daha çox qorunması, dövlət-vətəndaş münasibətlərinin inkişafı yalnız və yalnız xalqın mənafeyinə xismət edəcək: “Müxalifətin hansı arqumentlərlə bu referendum aktına qarşı çıxış etməsi məntiqlə anlaşılmır. Bəzən elə təəsürrat yaranır ki, müxalifət nümayəndələri referendum aktının müddəaları ilə tanış olmayıblar heç. Azərbaycan cəmiyyəti siyasi cəhətdən çox yetkin cəmiyyətdir. Yetkin cəmiyyətlərdə isə siyasi məsələlər mitinqlər vasitəsilə  müzakirə olunmur. Azərbaycan söz azadlığı var, azad mətbuat var. Müxalifət nümayəndələri də öz fikirlərini bölüşürlər. Ancaq görünür fikirlərindəki məntiqsizlik onları mitinq keçirməyə təhrik edir. Ölkəmizdə qanun çərçivəsində bütün fəaliyyət azaddır”.

Mənbə: SIA