Artıq Sumqayıtda məişət tullantıları zavodunun tilikilməsi barədə danışıqlar gedir"

Bakı
"Tullantıların ənənəvi olaraq yandırılması ciddi ekoloji problemlər yaradır"
"Problem hər bir böyük şəhərə xas olan problemdir. Əslində tullantıların böyük qismi xammal və enerji mənbəyidir, təkrar istehlaka yararlı ola bilir. Tullantıların ənənəvi olaraq yandırılması ciddi ekoloji problemlər yaradır. Müasir həll üsulu kimi tullantıların təkrar emalı müəssisələrinin tikilməsidir. Ölkəmizdə artıq belə bir müsbət təcrübə vardır."
Bu sözləri  Xeberle.com-a açıqlamasında Sumqayıtda Məişət Tullantıları Poliqonunda zibilin yandırılması nəticəsində son 1-2 ayda yaranan ciddi ekoloji problemə münasibət bildirərkən Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyev "Tik, idarə et və təhvil ver" haqqında mütərəqqi bir qanun imzalayıb. Bu qanun imkan verir ki, tullantıların emalı müəssisələrinin tikilməsi kimi investisiya və texnologiya tələb edən layihələrə xarici investorlar cəlb edilsin: "Qeyd etmək istərdim ki, hal-hazırda bizim və Sumqayıt şəhər İH-nin təşəbbüsü ilə xarici investorlarla Sumqayıtda məişət tullantıları zavodunun tikilməsi layihəsi barədə danışıqlar gedir. Xarici investorların Sumqayıta "Tik, İdarə et, Təhvil ver" qanunu çərçivəsində cəlb edilməsi planlaşdırılır."

Mənbə: Xəbərlə.com