“Xalq Tribunası”- Sumqayıtda

Sumqayıt

XALQ.AZ İnformasiya Agentliyi hər zaman oxucuları maraqlandıran mövzulara önəm verir. Bu gün Sizlərə təqdim edəcəyimiz “Xalq Tribunası” rubrikası, Milli Məclisin deputatlarının fəaliyyəti, seçici deputat münasibətləri, seçki kampaniyasında verdiyi vədlərin əməl olunmasından bəhs olunacaq. İlk sorğumuzda 42 saylı Sumqayıt ikinci seçki dairəsində Milli Məclisə deputat seçilmiş Tahir Mirkişilinin və, 43 saylı Sumqayıt  üçüncü seçki dairəsində Milli Məclisə deputat  seçilmiş Muxtar Babayevin seçiciləri iştirak ediblər .

XALQ.AZ-ın əməkdaşları Sumqayıtda  millət vəkilləri haqqında seçicilərlə görüşüb sorgü apardı. Sorgünü oxucularıma təqdim edirik.

İlk sorgu 42 saylı Sumqayıt ikinci seçki dairəsndə Milli Məclisə deputat seçilmiş Tahir Mirkişili haqqında seçiciləri XALQ.AZ-ın mikrafonuna danışdılar. 


Vaqif Əsgərov
- Mən neçə illərdir Sumqayıtda yaşayıram. Yaşadığım ərazinin problemləri ilə tanışam bizim hər hansı bir problemimiz yaranarsa müraciət edəcəyimiz ünvanı bilirik. Yeni seçilmiş millət vəkilimiz Tahir Mirkişili bir neçə dəfə ərazidə olub,  görüşlər keçirib. Bizim problemlərlə maraqlanıb. Demək olar ərazidə yaşayan hər bir vətəndaşın problemi ilə maraqlanır, köməkçisi vasitəsi ilə hər zaman  məlumat toplayır və inanırıq ki çalışıb yaranan problemləri aradan qaldırsın.


Elçin Nəsirov
Mən Tahir Mirkişili millət vəkili seçildikdən  sonra onun fəaliyyətini yaxında izləyirəm. Gənc  olmağına baxmayataq çox savadlı və bacarıqlıdır. Televiziyadan Milli Məclisin sessiyalarını  izlədikdə şahid oluruq ki, qanunların təkmilləşməsində və qəbul olunmasında mütəmadi çıxışlar edir və öz təkliflərini bildirir. Düşünürəm ki, gələcəkdə qəbul olunan qanunlarada öz təkliflərini verəcək. O ki qaldı,  verdiyi vədləri əməl etməyə, düşünürəm ki, hələm seçildiyindən az zaman keçib qarşıda zaman çoxdur və inanırıq ki, vədlərini əməl edəcək çunki  fəaliyyəti başlanğıcıdır və inanırıq ki, sözünə sadiq qalacaq.


Vəfa İsayeva
Mən bir müəllimə kimi millət vəkilimiz Tahir Mirkişilinin fəaliyyətini izləyirəm. AŞPA-da ki, fəaliyyətini bəyənirəm.  Öz çıxışlarında Qarabağ probleminin cənab prezident İlham Əliyevin strategiyasına uygun qurması və sülh yolu ilə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çixarılması üçün bildirməsi təqdirəlayiqdir. Bu onu göstərir ki, Tahir Mirkişili xarici siyasəti dərindən anlayır və regionda güclü  dövlətin millət vəkili kimi öz qətiyyətli çıxışlarını AŞPA-nın iclaslarında bildirir. Verdiyi vədlərə isə millət vəkili Tahir Mirkişili, seçiciləri ilə daim görüşlər keçirir və məndə görüşlərdə iştirak etmişəm. Bir neçə gəncin işlə bağlı müraciəti müsbət həll olunduğunun şahidiyəm.


Firudin Cəfərov
Mən Tahir Mirkişilinin seçki kapmaniyası zamanı tanımışam. Milli Məclisə deputat seçkildikdən sonra görüşlərində iştirak etmişəm,bizim ərazidə çox olub. Ərazimizdə abadlıq işlərinin aparılması üçün müraciətlərimiz müsbət qarşılayıb,lazımi instansiyalar məktular göndərib.Fəaliyyəti haqqında bildirmək istərdim ki,  Milli Məclisin plenar iclaslarını xəbərlərdən izləyirəm və qanunların qəbul olunmasında Tahir Mirkişilinin çıxışlarını dinləyirəm.


Rasim Hüseynov
Milli Məclisin deputatı Tahir Mirkişili yeni seçilib bizim ərazimizdən fəaliyyətini televiziyadan izləyirəm. AŞPA-nın iclaslarında çıxışları diqqətlə xəbər saytlarında oxuyuram.  Millət vəkili kimi fəaliyyətini bəyənirəm. Öz çıxışlarında hər zaman Qarabağ məsələsini haqqında danışır və işğalçı Ermənistanın yalanlarını ifşa edir

Mənbə:http://xalq.az