Müəllimlərlə görüş

Sumqayıt
Sumqayıt şəhər 9 nömrəli  tam orta  məktəbdə Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtın millət vəkili Tahir Mirkişili ilə pedaqoji kollektivin görüşü keçirilib.
Millət vəkili Tahir Mirkişili çıxış edərək şəhərdə görülən işlər barəsində danışıb. O, görülən işlərin şəhər sakinlərinin rahatlığına hesablandığını və bu işlərin fundamental işlər olduğunu vurğulayıb.
T. Mirkişili qeyd edib ki, bütün iqtisadiyyatın, cəmiyyətin inkişafının əsasında kadr faktoru dayanır və Sumqayıt şəhəri ölkənin çox böyük kadr bazasıdır. Peşəkar kadrların yetişməsində müəllimlərin əvəzsiz rol oynadığını vurğulayan millət vəkili müəllimlərə bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıb.
Digər çıxış edənlər də bildiriblər ki, son aylar Sumqayıt şəhərində abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub, şəhərin simasını daha da müasirləşdirəcək yeni layihələrinin həyata keçirilməsinə başlanılıb.
Hazırda şəhərin bütün ərazilərində aparılan tikinti-quruculuq, problemlərinin həll olunması istiqamətində görülən genişmiqyaslı işləri alqışladıqlarını söyləyiblər.
Sonra T. Mirkişili pedaqoji kollektivi maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda məktəbin direktoru Bəhruz Səlimxanov həmmmüəllifi olduğu kitabı millət vəkilinə hədiyyə edib.

Mənbə: http://xeberle.com