Deputatlarımız ATƏT-in təşkil etdiyi konfransa qatılacaqlar

Almaniya

Milli Məclisin deputatları Azay Quliyev və Tahir Mirkişili iyunun 1-də Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər. Millət vəkilləri ATƏT-in təşkilatçılığı ilə keçiriləcək “Təhlükəsizlik sektorunda parlament nəzarəti və ATƏT-in davranış kodeksi” mövzusunda konfransda iştirak edəcəklər.

Deputatlarımız mövzu ətrafında aparılan müzakirələrə qatılacaq, təhlükəsizliyin təmin olunmasında parlamentlərin rolu barədə öz fikirlərini açıqlayacaqlar.