Sumqayıt 42-ci dairə sakinləri ilə görüş

Sumqayıt 42-ci dairə

Bu gün 42-ci dairədə yaşayan seçicilərlə millət vəkili Tahir Mirkişilinin görüşü olub.

Müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər və s. üstünlük təşkil edib.

Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Tahir Mirkişili bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Bir sıra məsələlər yerindəcə həll edilib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.