Kikboksinqin K -1versiyası üzrə peşəkarlararası reytinq və “Azərbaycan kəməri”

Sumqayıt
29 may 2016-ci il tarixində Sumqayıt şəhərində 28 May – Respublika gününə həsr edilmiş kikboksinqin K —1versiyası üzrə peşəkarlararası reytinq və “Azərbaycan kəməri” müdafəsi uğrunda döyüşlər keçirildi.

Çox maraqlı və gərgin keçən döyüşlərdə idmançılar öz qüvvələrinl sınadılar və güclülər qalib oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmana olan diqqəti və qayğısı hər zaman Sumqayıt idmançılarını qələbələrə ruhlandırıb və dünənki tədbir, həm idmançıların, həm izləyicilərin yarışın sonuna qədər aktivliyi Sumqayıt idmançılarının hələ çox qələbələrə imza atacağından xəbər verirdi!