Sumqayıtda “Yoxdan var yaratmaq”

Sumqayıt
Sumqayıt şəhər Rəsm və sərgi qalereyasında Sumqayıt şəhər Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə “Tullantilara ikinci həyat” müsabiqəsi çərçivəsində keçirilən sərginın qaliblərinin mükafatlandırılması keçirilib. Tədbirdə “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Millət vəkili Tahir Mirkişili, Sumqayıt Şəhər təhsil şöbəsinin müdiri Ruhiyyə Tağıyeva, Şəhər təhsil şöbəsinin nümayəndələri və ictimaiyyəti iştirak ediblər.