Tahir Mirkişili: "Onların şücaəti daim xatirələrdə qalacaq, öyrədiləcək!"

Sumqayıt
"Sumqayıtda on minlərlə insan daha bir qəhrəman şəhidini bu gün torpağa tapşırdı. Qəhrəman əsgərlərimiz hər gün milyonlara dəfə tələffüz olunan bu sözləri cəmi bir neçə gündə bütün dünyaya sübut etdilər:

...Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!...

...Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!...

Əsgərlərimizin döyüş yolu, onların şücaətlikləri daim xatirələrdə qalacaq, hərb dərsliklərində öyrədiləcəkdir!"

Bu sözləri bu gün Sumqayıt şəhərində şəhid Axundov Əbdülməcid Nadirşah oğlunun dəfnetmə mərasimində iştirak edən millət vəkili Tahir Mirkişili sosial şəbəkə hesabı üzərindən paylaşıb.


Mənbə: http://yenisumqayit.az

.