Sumqayıtın deputatları sakinlərin problemlərini dinlədilər
Sumqayıt şəhərinin deputatları Muxtar Babayev və Tahir Mirkişili şəhər sakinləri ilə görüşlərini davam etdirirlər.
Sumqayıt
şəhər 42 saylı ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş
Tahir Mirkişili və 43 saylı üçüncü seçki dairəsindən Milli Məclisə
deputat seçilmiş Muxtar Babayev 42-ci məhəllədə yaşayan seçicilərlə
görüş keçiriblər. Deputatlar öncə məhəllədə görülən abadlıq işləri ilə,
qurulan uşaq meydançası ilə, yeni quraşdırılmış söhbətgahlar və
oturacaqlar ilə tanış olublar. Daha sonra millət vəkilləri ağacəkmə
kampaniyasında iştirak edərək ağac əkiblər.
Xeyir-Şər evində səmimi və xoş münasibət şəraitində keçən görüşdə millət vəkilləri son aylarda şəhərimizdə aparılan abadlıq və quruculuq işləri haqqında məlumat veriblər.
Sakinlər Sumqayıt şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıya, eyni zamanda şəhər sakinlərinin rifah halının yaxşılaşdırması istiqamətində atılan addımlara görə şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Görüş zamanı seçicilər millət vəkillərinə yaşadıqları ərazidə mövcud olan bir sıra problemlər haqqında məlumat verib və bu məsələlələrin həllində onlardan dəstək olmağı xahiş ediblər.
Milli Məclisin deputatları Tahir Mirkişili və Muxtar Babayev sakinlərin qaldırdıqları məsələlərlə başlı fikirlərini bildiriblər, bu məsələlərin müvafiq aidiyyatı orqanlar qarşısında qaldıracağına və müsbət həll olunması üçün mövcud imkanlardan maksimum səviyyədə istifadə edəcəklərini vurğulayıblar.
Mənbə: http://www.mia.az