Sumqayıt regional “ASAN xidmət” mərkəzi 2 fevral Gənclər günündə “Könüllü məşhurlar” layihəsi

Sumqayıt regional “ASAN xidmət”
Sumqayıt regional “ASAN xidmət” mərkəzi 2 fevral Gənclər günündə “Könüllü məşhurlar” layihəsi çərçivəsində növbəti qonağını qəbul etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, 1-ci dərəcəli dövlət qulluqçusu Tahir Mirkişili Sumqayıt “ASAN xidmət” mərkəzinin qonağı olmuşdur. Tahir Mirkişili cari və məzun könüllülərlə çay süfrəsi arxasında görüşmüş, öz həyat təcrübəsindən,əldə etdiyi uğurlardan, könüllülk fəaliyyətinin əhəmiyyətindən danışdı, verilən sualları cavablandırdı. Çay süfrəsindən sonra Tahir Mirkişili könüllülük fəaliyyətinə başladı, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurdu, növbə aparatında vətəndaşlara növbə verdi, hazır sənəd pəncərələrində xidmət göstərdi, vətəndaşlardan sorğu götürdü, "Yaşıl ASAN" layihəsinə dəstəyini ifadə etdi. Bütün fəaliyyətlərini nəzərə alaraq Tahir Famil oğlu Mirkişili 02 fevral 2016-cı il tarixində Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olundu.

Mənbə:  ASAN Könüllüləri / ASAN Volunteers