Müsahibə: "Cəlb olunacaq hər bir manat investisiya insanların yaşayış səviyyəsini artıracaq"

http://sia.az/

“Regionlarda iqtisadiyyatın inkişafı çox vacibdir. Dövlətin bu istiqamətdə xüsusi proqramı var və investisiya xərcləri vasitəsilə regionlarda infrastrukturun müasir şərtlərə cavab verməsi üçün xeyli iş görülüb”. Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, növbəti addım investisiyaların cəlb olunması, istehsalın təşkili və satış bazarlarının tapılmasıdır: “Hər bir rayon bu məsələdə çox maraqlı olmalıdır və aralarında rəqabət yaranmalıdır. Çünki cəlb olunacaq hər bir manat investisiya məhz bu rayonda yaşayan insanların iqtisadi və sosial yaşayış səviyyəsinin artırılmasına səbəb olacaq. Dövlət başçısı da rayon icra hakimiyyətlərinin bu istiqamətdə  fəaliyyət göstərməsini tapşırdı. İcra hakimiyyətlərinin bu proseslərə qoşulması çox təqdirəlayiq haldır. Yerli üstünlüklərdən istifadə əlavə imkanlar yaradacaq”

Mənbə: sia.az