Sumqayıtda gənc həkimlərlə görüş keçirildi

Sumqayıt
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirilən silsilə görüşlər davam edir.

Növbəti görüş Sumqayıtın Tarix Muzeyinin akt zalında gənc həkimlərlə keçirilib. Görüşdə millət vəkilləri Muxtar Babayev, Tahir Mirkişili, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının şöbə müdiri Cəbrayıl Əlinağıyev, Sumqayıt şəhər səhiyyə şöbəsi müdirinin müavinləri Bərxudar Məmmədov, Səkinə Sadıxova, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin baş pediatrı Xalidə Quliyeva və şəhərin tibb müəssisələrinin rəhbərləri, aparıcı həkimləri iştirak edib.

Mənbə: http://sumqayitxeber.com