Müəllimlərlə görüş keçirildi

Sumqayıt şəhəri Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqların İnternat Məktəbi

Millət vəkili Tahir Mirkişili çıxışında hazırda şəhərdə görülən bütün işlərin şəhər sakinlərinin rahatlığına hesablandığını və bu işlərin fundamental işlər olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, bütün iqtisadiyyatın, cəmiyyətin inkişafının əsasında kadr faktoru dayanır və Sumqayıt şəhəri ölkənin çox böyük kadr bazasıdır. Peşəkar kadrların yetişməsində müəllimlərin əvəzsiz rol oynadığını vurğulayan millət vəkili müəllimlərə bu çətin və məsuliyyətli işdə uğurlar arzulayıb.

Məktəbin direktoru Ayət Kərimova və digər çıxışçılar vurğulayıb ki, son aylar Sumqayıt şəhərində abadlıq və quruculuq işləri yeni mərhələyə qədəm qoyub, şəhərin simasını daha da müasirləşdirəcək yeni layihələrinin həyata keçirilməsinə başlanılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında hazırda şəhərin bütün ərazilərində aparılan tikinti-quruculuq, problemlərinin həll olunması istiqamətində görülən genişmiqyaslı işləri alqışladıqlarını bildiriblər.

Mənbə : http://sumqayitxeber.com