YAP möhtəşəm mitinq keçirib

Bakı

Martın 21-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nərimanov rayonunda izdihamlı görüş-mitinq keçirib. SİA-nın verdiyi məlumata görə, minlərlə insanın iştirak etdiyi tədbirin aparıcıları öncə prezident seçkiləri haqqında məlumat verib və Yeni Azərbaycan Partiyası tərəfindən partiyanın Sədri, dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürüldüyünü vurğulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib.

Mitinqdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov öncə Novruz bayramı münasibətilə təbriklərini çatdırıb və ən xoş arzularını bildirib.

Cənab İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin də xalqımız tərəfindən bayram əhval-ruhiyyəsi ilə qarşılandığını deyən Əli Əhmədovun sözlərinə görə, Yen Azərbaycan Partiyası cənab İlham Əliyevin seçki kampaniyasını uğurla həyata keçirir: "Biz növbəti dəfə "İlhamla İrəli!" şüarı ilə seçki kampaniyasına başlamışıq. Prezident İlham Əliyevin rəhbəliyi ilə Azərbaycan daim irəliləyib. Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu güclənməkdədir. Bu gün Azərbaycanda təhlükəsizlik və sabitlik hökm sürür. Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biridir. Təbii ki, təhlükəsizliyin təmin olunması və qorunmasına Prezidentimiz İlham Əliyevlə xalqın sarsılmaz birliyi mühüm rol oynayır".

YAP Sədrinin müavini qeyd edib ki, ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib, yeniləşib. Bu dövvrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsidir. "Ona görə də, biz yenə də "İlhamla İrəli!" deyərək seçki kampaniyasını uğurla aparırıq. Cənab İlham Əliyev 15 il ərzində Azərbaycan üçün üçün möhtəşəm nailiyyətlərə imza atıb. Bu səbəbdən də, İlham Əliyev yüksəliş, inkişaf, tərəqqi deməkdir. O, hər bir azərbaycanlının firəvanlığı üçün çalışır. Buna görə də, bütün xalqımız İlham Əliyevi sevir, Onu dəstəkləyir".

Milli Qəhrəman, şəhid Samir Xasıyevin anası Gülzar Xasıyeva mitinqdə çıxış edərək Azərbaycanın xoşbəxt gələcəyinin Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. "Mənim oğlum 4 il torpaqlarımızın işğaldan azad olunması üçün döyüşüb. İki dəfə – 1994-cü il və 1995-ci ildə dövlət çevrilişinin qarşısının alınmasında iştirak edib. 1995-ci ilin mart çevrilişinə cəhdin qarşısını alarkən şəhid oldu. Ümummillli liderimiz Heydər Əliyev oğluma Milli Qəhrəman adını verdi. Ulu öndərimiz hər zəmana şəhid ailəlrinə diqqət göstərirdi. Hazırda bu siyasəti Prezident İlham Əliyev davam etdirir. Biz hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısını hiss edirik. İnanırıq ki, cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və biz belə bayramları həmin torpaqlarda qeyd edəcəyik", - deyən, şəhid anası onu da bildirib ki, bu gün xaricdə yaşayan satqınlar ölkəmizə, onun rəhbərinə qarşı böhtan atmağa çalışırlar. "Amma onların cəhdləri heç bir nəticə verəməyəcək. Allah dövlətimizi, Prezidentimizi qorusun!", deyən G.Xasıyeva seçiciləri aprelin 11-də fəal olmağa çalışıb. O deyib ki, xalqın seçimi cənab İlham Əliyevdir.

Daha sonra çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada mövqeyinin möhkəmləndiyini söyləyib. Onun sözlərinə görə, bu gün ölkəmiz beynəlxalq təşkilatlarda aparıcı rol oynayırıq: "Biz fəxr edirik ki, gənc Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurası kimi mötəbər quruma üzv olub və bu təşkilata sədrlik edib. Bütün bunlar Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin dəmir iradəsinin məntiqi nəticəsidir".

S.Seyidov deyib ki, Azərbaycan bu uğurlara Prezidentlə xalqın birliyi nəticəsində nail olub. "Biz bu birliyi qorumalıyıq. Bunun üçün də 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Prezident İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq", - deyən, millət vəkili seçiciləri 11 aprel seçkilərində fəal iştirak etməyə çağırıb.

Daha sonra tədbir tanınmış sənət adamlarının konsert proqramı ilə davam edib.

Mənbə http://sia.az/az/news/politics/669216.html