ATƏT PA-nın sədri Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub

Bakı

Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransın ikinci günü keçirilib.

Tədbir iştirakçıları Səngəçal terminalında Avropaya çatan Cənub Qaz dəhlizi təməlinin atıldığı yer ilə tanış olublar. Eləcə də qonaqlar terminalın nəzarət-idarəetmə məntəqəsinin iş sistemi, burada gedən texnoloji proseslərlə ilə maraqlanıblar.

Qonaqlar Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında da olublar. Bakı Limanının baş direktoru Taleh Ziyadov konfrans iştirakçılarını limandaki iş prosesi ilə yaxından tanış edərək Azərbaycanın Şərqi Qərblə birləşdirən tarixi İpək Yolunda oynadığı rolu, yeni limanın Ələtdə inşa olunmasının zərurəti, o cümlədən ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr barədə qonaqları məlumatlandırıb.

Sonda qonaqlar üçün Azərbaycan muzeylərinə ziyarət və mədəni proqram da təşkil olunub.