Amerikalı keçmiş həmsədrlər Qarabağı niyə müzakirəyə çıxarır?

Helsinki

Tədbirə həmçinin münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.

Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycanın  ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədrinin müavini Tahir Mirkişili Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, ABŞ-ın Helsinki Komissiyası Qarabağ münaqişəsi üzrə daha əvvəl də açıqlamalar verib və münaqişəni dünyada ən təhlükəli münaqişələrdən biri adlandırıb.

“Brifinqdə ATƏT Minsk qrupunun keçmiş həmsədrlərin iştirakı təcrübə baxımından maraqlıdır. Ümid edirik ki, brifinqdə münaqişənin Azərbaycanın təklif etdiyi ədalətli həll modeli müzakirə olunacaq. Ümumi olaraq, münaqişənin həlli ilə bağlı bütün müzakirələr , əgər bu həllə kömək edə bilirsə, onda həmişə faydalıdır”.