Deputat Mehman Əliyevlə bağlı Dövlət Departamentinə: “İşi hüquqi müstəvidən çıxararaq siyasiləşdirmək doğru deyil”

Bakı

Bəyanatda Mehman Əliyevə qarşı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı narahatlıq ifadə olunur və onun azadlığa buraxılmasına çağırış edilir. 

Modern.az saytı bəyanatla bağlı Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini, deputat Tahir Mirkişilidən münasibət öyrənib. O, bildirib ki, Azərbaycanda qanunlar kifayət qədər humanistdir.

“Fəaliyyət dövrü ərzində insanların müəyyən qanunları pozması, dövlət orqanlarının araşdırıcı fəaliyyəti, bir çox hallarda araşdırma subyektlərinin məsuliyyətə cəlb olunması, onlar haqda məhdudlaşdırıcı tədbirlərin görülməsi və ya bu subyektlərin araşdırma nəticəsində sərbəst buraxılması və ya sonradan bəraət alması, əhv olunması bütün dünya ölkələrində müşahidə olunan hüquqi prosedurlardır. ABŞ-ın özündə də bu yuxarıdakı hallar, bəzən isə daha sərt formada müşahidə olunur. Bu baxımdan Mehan Əliyevlə bağlı işi hüquqi müstəvidən çıxardaraq siyasi məsələ kimi təqdim etmək doğru deyildir. ABŞ dövlət departamenti hüquqi məsələləri araşdırmadan siyasiləşdirərək siyasi çağırışlar etməklə əslində mürəkkəb olmayan bir məsələni daha da mürəkkəbləşdirir. Azərbaycanda qanunlar kifayət qədər humanistdir, qanun və məntiq imkan verdiyi qədər heç kimin həbs olunmasına şərait yaratmır”