Sənayenin və aqrar sektorun inkişafı ölkə başçısının diqqət mərkəzindədir AÇIQLAMA

Bakı
“2004 - cü ildən başlayaraq qəbul olunmuş "Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı" keçən 13 il ərzində ölkənin regionlarında böyük infrastruktur və keyfiyyət dəyişikliklərinə səbəb olub”. Bu sözləri SİA- ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, bu proqramın icrası regionların iqtisadiyyatda rolunun artırılması üçün bünövrə rolunu oynamaqdadır: "Sənayenin və aqrar sektorun inkişafı ölkə başçısının diqqət mərkəzindədir. Müxtəlif stimullaşdırıcı proqramlar qəbul olunur. Cənab Prezidentin bölgələrə səfərləri, qəbul olunmuş proqramların icrası ilə şəxsən tanış olması, sahibkarlar ilə yerində görüşlər keçirməsi, bu işləri daha effektli etməklə yanaşı, həmin sektorlara böyük mənəvi dəstəkdir. Regionlarda sənayenin və aqrar sektorun inkişafı həm iqtisadi artıma səbəb olur, həm də əhalini yeni iş yerləri ilə təmin edir, özünüməşğulluğun səviyyəsini artırır və təbii ki, insanların həyat şəraitini yaxşılığa doğru dəyişir. Artıq istehsal gücləri ixracın da artırılmasına təkan verib. Regionlara ixrac valyutalarının daxil olması ölkənin iqtisadi coğrafiyasında yeni bir reallıq yaratmaqdadır”