ATƏT PA-nın komitə iclasında Ermənistanın təxribatının qarşısı alınıb

Minsk

AZƏRTAC xəbər verir ki, iclasda “ATƏT regionunda sülh və əmin-amanlıq naminə əməkdaşlığın və etimadın artırılması” adlı qətnamə layihəsinə Ermənistan nümayəndə heyəti münaqişə zonalarına girişin asanlaşdırılması və bunun üçün maneələrin yaradılmamasına dair düzəliş təklif edib.

Bundan sonra Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili çıxış edərək bu düzəlişin beynəlxalq qanunlara zidd olduğunu və münaqişə zonalarında qanunsuz fəaliyyətə qanuni don geyindirmək məqsədi daşıdığını bildirib.

Ermənistan nümayəndə heyətinin təklifi 44 əleyhinə, 4 lehinə səslə rədd edilib.