Tahir Mirkişili: Artan büdcə gəlirlərinin böyük hissəsi sosial sferaya yönləndirilib

Bakı

Bu baxımdan, həmçinin müasir dövrdə qlobal iqtisadi sistemdə davamlı dəyişikliklər səbəbindən dövlətin maliyyə sisteminin əsasını təşkil edən dövlət büdcəsinin parametrlərinə müəyyən dəyişiklilərin edilməsi zəruri addım kimi qəbul edilir. Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, dövlət başçısının iradəsi ilə aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı, xüsusilə də qeyri neft sektoru davaml inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, 2017-ci ilin yanvar-may aylarında qeyri-neft ÜDM-i 2.3%, qeyri neft sənayesi 3.9%, aqrar sektorda istehsalın həcmində 2% artım qeydə alınıbr. Bu dövrdə xarici ticarət dövriyyəsi 1.6 mlrd dollar həcmində müsbət saldo ilə yekunlaşıb.  Göstərilən dövr ərzində fiskal siyasətin iqtisadiyyata müsbət təsirinə nail olunub. Belə ki, 2017-ci ilin ilk 5 ayında 6430 vahid yeni vergi odəyicisi qeydə alınmışdır. Aparılan kontur-tsiklik siyasətin nəticələri özünü göstərməyə başlamışdır ki, bu da yeni vergi və gəlir mənbələrinin yaranmasına gətirib çıxarıb.

«Bütün bunların nəticələri büdcə gəlirlərinin artımında öz əksini tapmışdır. Belə ki, 2017-ci ilin 1-ci rübündə büdcə gəliləri proqnozdan 3.4% artıq təmin olunmuşdur. Vergi yığımları proqnozdan 3.8%, gömrük rüsümları yığımları isə proqnozdan 17.5% artıq təmin olunmuşdur. Təbii olaraq büdcə gəlirlərinin artması 2017-ci il büdcə layihəsinə yenidən baxılaraq gəlir və xərclərdə optimallaşdırma işlərinin aparılmasını nəzərə tutmuşdur. Yeni layihə gəlirlərin 511 milyon manat və ya 3.1%, xərclərin 1 041 milyon manat, büdcə kəsirinin isə 530 milyon manat artırılmasını nəzərdə tutur. Yeni layihəyə görə büdcə gəlirlərinin formalaşmasında neft komponentinin payı 1.4% azalaraq 47.4%-ə endirilmişdir. Bu isə dəyişən neft qiymətlərinin büdcə gəlirlərinin təsirini daha da azaldacaqdır.

Büdcə xərcləri əsasən 8 bölmə üzrə paylanmışdır. Təhsil  sahəsinə çəkiləcək xərclər 3.2%, səhiyyə sahəsinə xərclər 0.2%, sosial müdafiə sahəsinə xərclər 4.4%, sənaye, tikinti üzrə xərclər 7.6%, iqtisadi fəaliyyət üzrə xərclər 4.1 dəfə və s artırılması planlaşdırılır. Göründüyü kimi, artan büdcə gəlirlərinin böyük bir hissəsi sosial sferaya yönləndirilməklə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hədəflənib»- deyə, T.Mirkişili vurğulayıb.