Tahir Mirkişili: “Azərbaycan iqtisadiyyatı inkişaf edir”

Bakı
2016-cı ildə ölkə Prezidentinin iradəsi ilə keçirilən dərin iqtisadi islahatlar öz nəticələrini 2017-ci ilin 1-ci rübündə də göstərməyə başlayıb. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, iqtisadi sabitliyin təmin olunması, qeyri neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının genişləndrilməsi, ixracın artırılması, yeni iş yerlərini açılması - bütün bunlar ölkə Prezidentinin 2016-cı ilin sonunda elan etdiyi hədəflərdir və qısa müddət keçməsinə baxmayaraq, bütün bu hədəflər üzrə müsbət nəticələr əldə edilib. "Görülən işlər yürüdülən iqtisadi siyasətin effektivliyi və ölkədə yaradılmış əlverişli sahibkarlıq mühitinə öz bəhrələrini verir.

 Azərbaycan iqtisadiyyatı dayanıqlı olmaqla yanaşı, inkişaf edir. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb".