TÜRKİYƏ - HOLLANDİYA: iqtisadi təhlil

Bakı

İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 6.6 milyard dollar təşkil edir. Son 1.5 il ərzində Hollandiya Türkiyə iqtisadiyyatına 1.5 mlrd dollar investisiya qoymuşdur. Türkiyə iqtisadiyyatına gələn birbaşa xarici investisiyaların 10%-i Hollandiyanın payına düşür. Son 10 ildə Türkiyə iqtisadiyyatına ən çox investisiya qoyan Hollandiya hər il Türkiyə turism sektoruna 1 mlrd dollar gəlir verir. Bu dövr ərzində Hollandiya Türkiyəyə 21 mlrd dollar, Türkiyə Hollandiyaya isə 9.2 mlrd dollar investisiya qoymuşdur. Türkiyədə 3 000 Hollandiya şirkəti fəaliyyət göstərir. Türkiyə ixracının 2.5%-i (3.6 mlrd dollar), idxalının isə 1.5% i (1.5%-i) Hollandiyanın payına düşür. Hollandiya Türkiyənin ixrac etdiyi ölkələr sırasında 10 –cu, idxal etdiyi ölkələr sırasında isə 16-cıdır.
Türkiyə regiounun ən önəmli gücə, ən böyük iqtisadiyyata və ticarətə sahib bir ölkədir. Hollandiya da Avropanın ən innovativ iqtiadiyyata sahib bir ölkəsidir.

Son zamanlar Avropada baş qaldıran populizm hərəkatı, siyasi liderlərin məsuliyyətsiz populist davranışları çox böyük ölçülərdə iqtisadi böhranlara səbəb ola bilər. Yuxarıdakı rəqəmlər bir daha bunu göstərir. Hollandiyanın özünün də siyası taleyi sual altındadır. Bir zamanar Avropanın ən sabit ölkəsi sayılan Hollandiyada vəziyyət sürətlə dəyişməkdədir..