Gələn ilin büdcəsini xarakterizə edən maraqlı nüanslar var

Bakı

2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu dövlət başçısı tərəfindən imzalandı. Gələn ilin büdcəsini xarakterizə edən maraqlı nüanslar var. Ümumi olaraq qeyd etmək istərdim ki, 2017-ci ilin büdcəsi 2016-cı ildə dünya iqtisadiyyatında baş verən dəyişikliləri (neftin qiymətinin kəskin azalması, neft qiymətlərinin qeyri sabitliyi, Avropada Brexit prosesinin təsiri, bütün bunların beynəlxalq maliyyə bazarlarına təsiri və s) dərin təhlil edilərək, həmçinin, 2017-ci ildə Azərbaycanı gözləyən iqtisadi təhdidləri və imkanları proqnoz edərək hazırlanmışdır. Yeni ilin büdcəsi daha yığcam və qənaətcil olacaqdır.

2017-ci ildə büdcə xərcləri 2016-cı ilə nisbətən 1.595 mlrd manat azaldılmışdır. Azalmalara baxmayaraq büdcənin sosial xərcləri 2016-cı ilə nisbətən 6%-ə qədər artırılmış, sosial xərclər bütün büdcə xərclərinin 40%-nə qədərini təşkil edəcəkdir. Büdcə kəsiri 2016-cı ilə nisbətən 1.028 mlrd manat azalaraq 645 mln manat təşkil edəcəkdir ki, bu da 2017-ci ildə proqnozlaşdırılan ÜDM-in 10%-ni təşkil edəcəkdir. Bu isə beynəlxaq norma sayılır.

Neft fondundan büdcəyə transferlərin həcmi 1.5 mlrd manat azaldılaraq 6.1 mlrd manata çatıdırılması planlaşdırlır ki, bu da növbəti illərdə büdcə gəlirlərinin formalaşmasına qeyri-neft sektorunun rolunun artacağını göstərir.

2017-ci il büdcəsində ilk dəfə olaraq büdcə gəlirlərinin 50%-dən çoxu qeyri-neft sektoru gəlirləri hesabına formalaşacaqdır. Neft fondundan olan transferləri nəzərə almasaq 2017-ci ildə büdcə gəlirləri 2016-cı ilə nisbətən 0.9 mlrd manat artacaqdır.

İlk dəfə olaraq 2017-ci ilin büdcəsində yerli gəlirlərlə yerli xərclərin nisbəti minimuma endirilimişdir. Əgər 2016-cı ildə bu fərq xərclərin xeyrinə 775 mln manat idisə, 2017-ci ildə 68 mln olması planlaşdırılır.

Büdcə xərclərinin ÜDM-ə nisbəti 27% olacaqdır ki, bu da orta dünya göstəricilərinə yaxındır (29%). Vergi gəlirlərinin ÜDM-ə nisbəti 12% planlaşdırılır ki, bu da orta dünya göstəricilərindən aşağıdır (15%). Bu əslində Azərbaycanda vergi yükünün digər ölkələrə nisbətdə daha aşağı olmasından xəbər verir.

2018-ci ildən başlayaraq büdcə kəsirinin profisitə çıxması, 2020-ci ildən başlayaraq isə büdcənin cari xərclərini tamamilə qeyri-neft sektoru gəlirləri hesabına formalaşması planlaşdırılır.

Video: https://www.youtube.com/watch?v=cXYqTDjtA44&feature=youtu.be